Türkiyədə güclü terror aktı törədilib, ölənlər və yaralananlar varbackend

Türkiyədə güclü terror aktı törədilib, ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Batman vilayətində törədilən partlayış nəticəsində 4 hərbçi həlak olub, 5-i isə yaralanıb. İnterpress.az xəbər verir ki, PKK-lı terrorçular zirehli hərbi avtomobilin keçidi zamanı əvvəlcədən yola bərkidilmiş əldəqayırma bombanı partladıb.

Xəstəxanaya aparılan yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Qaçan terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə hava dəstəkli geniş miqyaslı əməliyyatlar davam edir.

İnterpress.az