Baş Dövlət Yol Polis İdarəsindən Binədəki qəza ilə bağlı RƏSMİ MÖVQEbackend

Baş Dövlət Yol Polis İdarəsindən Binədəki qəza ilə bağlı RƏSMİ MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabr ayının 1-də Xəzər rayonu, Binə qəsəbəsində əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi 160 saylı «Daewoo» markalı avtobuslа hərəkətdə olan elektrovoz toqquşub. DİN-nin verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 sərnişin isə yaralanıb.

İnterpress.az xəbər verir ki, baş verən qəza ictimaiyyət arasında ciddi rezonans doğurub. Belə ki, qəza törədən sürücü Əlixan Şirəliyevin əvvəllərdə yol-nəqliyyat hadisəsi ilə bağlı məhkum olunması əhali arasında əsasəndə qəza nəticəsində dünyasını dəyişən şəxslərin ailə üzvləri tərəfindən ciddi narazılıqla qarşılanıb. Bunula bağlı 160 saylı xətt marşrutunun tabe olduğu “Ayşən” MMC-nin icraçı direktoru Zabil Hüseynov açıqlamasında Əlixan Şirəliyevə “D” kateqoriyası verən Respublika Baş Dövlət Yol Polis İdarəsini ittiham edib.

Bunula bağlı Baş Dövlət Yol Polis İdarəsininin Yol hərəkəti Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rüfət Quliyev “Ölkə.Az”ın suallarını cavablandırıb. BDYPİ-nin təmsilçisinin sözlərinə görə, ilk dəfə Əlixan Şirəliyevə 2004-cü ildə «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib, 2014-cü ilin mart ayında isə «D» kateqoriyalı nəqliyyat vasitələrinin hazırlıq kursunda hazırlıq keçdikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun sürücülük vəsiqəsinə “D” kateqoriyası da əlavə edilməklə “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilib.

Vətəndaşların sürücülük vəsiqəsindəki “D” kateqoriyası sərnişinlərin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri idarə etməyə imkan verir. Lakin bu onun sərnişindaşıma fəaliyyətində iştirak etməsinə kifayət etmir. Belə ki, şəxs “D” kateqoriyalı sürücülük vəsiqəsi alsa belə, qüvvədə olan qanunvericilik aktlarına əsasən müntəzəm sərnişindaşıma fəalliyətində iştirak edən avtobus sürücüləri bu sahədə təsdiq olunmuş “peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair” xüsusi proqram üzrə hazırlıq keçdikdən sonra daşımalarda iştirak edə bilərlər.

Bununla yanaşı sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.09.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalar”ında və 24.04.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı texniki vəziyyətinin yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydas”ında sərnişin daşımaları zamanı sürücülərin seçilməsi, onların ümumi səhhətinin, eləcə də alkoqol, narkotikvə güclü təsir göstərən digər maddələrdən istifadə edib-etməməsini yoxlamaq məqsədilə reysqabağı tibbi müayinədən keçirilməsi, habelə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sərnişinlərin təhlükəsiz daşınmasının təmin edilməsi bu fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin rəhbərlərinin, başqa sözlə daşıyıcıların bilavasitə vəzifələri olduğu müəyyənləşdirilmişdir. Göstərilənlər baxımından bu sahədə qanunvericiliyin mövcud tələblərinə xüsusi diqqət yetirilməsi və riayət olunması vacibdir.

İnterpress.az