Liftin altında qalan qadının ölüm anı DƏHŞƏTLİ GÖRÜNTÜLƏRbackend

Liftin altında qalan qadının ölüm anı DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

37 yaşlı Mahirə Yusifova elə yerindəcə dünyasını dəyişib. Dəhşətli hadisənin görüntüsü binanın təhlüksizlik kamerasına düşüb.

Hadisə dünən günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. Hadisə anı anbaan binanın blokunda olan təhlükəsizlik kamerasına düşüb.

Hadisə baş verdikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklədə olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub. Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.

Çəkiliş aparılan zaman həmin ünvana mərhumun həyat yoldaşı da gəlib. Əslən Qəbələdən olan ailə bir neçə ildir ki, Bakıda kirayədə yaşayırmış.

Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (xəzər.tv)

İnterpress.az