Bərdədə yas yerində kütləvi faciənin qarşısı alınıbbackend

Bərdədə yas yerində kütləvi faciənin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdənin Şorəlli kənd sakini Zahid Məhərrəmova məxsus evdə dəhşətli faciənin qarşısı alınıb.

Evin yardımçı tikilisində yas məclisi üçün hazırlıq işləri aparan zaman orada olan qaz balonu qəflətən boğaz hissəsindən alovlanmağa başlayıb. İnsanlar qum, su atmaqla yanğını söndürməyə çalışsalar da, göstərilən cəhdlərin faydası olmayıb. Partlayış riski anbaan artıb.

Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğınsöndürmə Briqadasına məlumat veriləndən bir neçə dəqiqə sonra hadisə yerinə yetişən yanğınsöndürənlər yaranan təhlükənin qarşısını alıblar.

Qeyd edək ki, bu gün Zahid Məhərrəmov atasının 40 mərasimi olmalıdır. Bu səbəbdən də, həyətdə ev sahibinə kömək edən xeyli sayda kənd sakini olub.

Xoşbəxtlikdən qəzanın qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb. (Sputnik Az)

İnterpress.az