Rusiya şirkəti Gəncəyə aviareys açırbackend

Rusiya şirkəti Gəncəyə aviareys açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, birbaşa reyslər “Airbus A320” təyyarələri vasitəsilə həftənin ikinci günləri həyata keçiriləcək.

U6-2501 reysi Nijnevartovskdan yerli vaxtla 09:35-də, U6-2502 reysi geriyə qayıdış isə Gəncədən yerli vaxtla 15:00-da havaya qalxacaq.

Biletlərin minimal tarifi birtərəfli istiqamətdə 12 min 236 rubldan (185 dollar – red.) başlayacaq.

“Ural aviasiya” şirkəti Rusiyanın aparıcı sərnişindaşıma şirkətlərindən biridir. 2017-ci ildə 8 milyon 474 nəfər onun xidmətlərindən istifadə edib. Şirkət 200 istiqamətdə uçuşlar həyata keçirir. (oxu.az)

İnterpress.az