Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”backend

Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev deyib. O hesab edir ki, insanların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı: \”Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.

İclasda çıxış edən deputat Aqil Abbas isə Fərəc Quliyevin fikirlərinə etiraz edib:

\”İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu, könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.

Milli Məclisin spikeri Oqtay Əsədov isə çıxışlardan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq soruşub:

\”Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, \”Fərəc Quliyev, özün niyə dəyişmirsən?\””

İnterpress.az