Bahçelidən şəxsi söhbətdə Azərbaycanla bağlı – ÖNƏMLİ MESAJbackend

Bahçelidən şəxsi söhbətdə Azərbaycanla bağlı – ÖNƏMLİ MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan saatı ilə 18: 07 dəqiqələrində gerçəkləşən görüşdə MHP lideri və BAY Düşüncə Mərkəzinin rəhbəri Cahandar Bayoğlu strateji önəm daşıyan mövzularda ətraflı müzakirə aparıblar.

AzNews.az xəbər portalının əldə etdiyi bu məlumatı Cahandar Bayoğlu təsdiqləyib:

“Bəli, çox hörmətli Dövlət Bahçelini MHP-nin qərargahında, məqam odasında ziyarət etdik. Hər zaman olduğu kimi, bizi çox sayğı ilə qarşıladı, diqqətlə dinlədi. Azərbaycan, Türkiyə, Türk dünyası üçün önəmli olan bir çox məsələlər barədə ətraflı danışmaq fürsətimiz oldu. Yerləşdiyimiz bölgənin həssas mövzuları barədə Bahçeli çox dəyərli fikirlər bildirdi”.

Bahçelidən şəxsi söhbətdə Azərbaycanla bağlı - ÖNƏMLİ MESAJ

“Bəs, MHP liderinin Azərbaycanla bağlı xüsusi mövqeyi nədən ibarət oldu” sualına isə Cahandar Bayoğlu belə cavab verib:

“Ziyarət şəxsi məzmun daşıyırdı deyə, doğrusu geniş açıqlama vermək istəmirəm. Sadəcə onu qeyd edim ki, MHP lideri Azərbaycan və Türkiyə arasında hazırkı münasibətlərin səviyyəsindən məmnundur, daha da irəli getməsi üçün bütün mümkün vasitələrin gerçəkləşdirilməsinə tərəfdardır”.

İnterpress.az