Düşmən Qarabağdakı təlimlərdə zərbə PUA-larını tətbiq etdi – VİDEObackend

Düşmən Qarabağdakı təlimlərdə zərbə PUA-larını tətbiq etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ordu.az-a istinadla xəbər verir ki, Ermənistan ordusunun bölmələri işğal altında olan Ağdamın Uzundərə adlanan ərazisində keçirdikləri taborun döyüş atışlı təlimində ilk dəfə olaraq Qarabağda istehsal olunduğu iddia edilən PUA-ları tətbiq ediblər.

Bu barədə Ermənistan ordusunun Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsinin təmsilçisi Senor Hasratyan öz \”Facebook\” səhifəsində yazıb: \”4 oktyabr 2018-ci il tarixində Qarabağda dislokasiya olunan erməni ordusunun hərbi birləşməsinin bölmələri Ağdamın Uzundərə adlanan ərazisində taborun döyüş atışlı nümunəvi təlimini keçirib.

Təlim müasir taktiki texniki imkanlarla təchiz edilmiş bir sıra silah növlərinin cəlb edilməsi ilə yadda qalıb. Həmin gün ilk dəfə müharibə vəziyyətinə ən yaxın şəraitdə yerini müəyyən etmə naviqasiya sistemlərindən asılı olmadan fəaliyyət göstərən yerli istehsala aid zərbə pilotsuz uçuş aparatları tətbiq edilib\”.

Həmin PUA-ların Qarabağda layihələşdirilərək istehsal edildiyi bildirilsə də, təbii ki, bu tipli vasitələrin hazırlanması özünəməxsus sənayesi olmayan oyuncaq qurum üçün əlçatmazdır.

İnterpress.az