“Gedin başqa yerə, buranı çəkməyin” – Azyaşlı qızları istismar edən MASAJ SALONLARI – VİDEObackend

“Gedin başqa yerə, buranı çəkməyin” – Azyaşlı qızları istismar edən MASAJ SALONLARI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt küçələrində avtomobili işıqforda saxlayın kimi bir xanım yaxınlaşıb pəncərədən kiçik bir kağız parçası uzadır və bir çox hallarda onlar yetkinlik yaşına çatmayan qızlar olurlar.

İnterpress.az ARB TV-yə istinadən xəbər verir ki, azyaşlıların svetoforda payladığı kağızlar masaj salonlarının reklamıdır.

Ballı, yağlı, köpüklü, hətta 4 əlli masaj. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil.

Reklam xarakterli paylaşımların edilməsinə yetkinlik yaşına çatmayan qızların cəlb edilməsi problemin digər tərəfidir.

Xətai prospekti və Fəzayıl Bayramov küçələrinin kəsişməsində lentə alınan kadrlarda bu kağızların paylanması açıq aydın görünür. Naməlum şəxslər avtomobillər işıqforda dayanan kimi fəaliyyətə keçir və masaj salonlarının reklam elanlarını sürücülərə təqdim edir.

Sürücü: \”Görürəm ki, kağız verməyə gəlir, şüşəni qaldırıram\”.

Sürücü: \”Aydın məsələdir ki, bu nədir. Düzgün bir şey deyil\”.

Reklam kağızları paylayan şəxs isə bildirir ki, xidmətlər ancaq masajdan ibarətdir.

İnterpress.az