Putin-Ərdoğan razılaşmasında mühüm addım – Ağır silahlar geri çəkilirbackend

Putin-Ərdoğan razılaşmasında mühüm addım – Ağır silahlar geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il sentyabrın 17-də Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində müxaliflərlə hökumət qüvvələrinin nəzarəti altındakı bölgələr arasında neytral bölgənin qurulması ilə bağlı razılığa gəlmişdilər.

“Röyters” agentliyi bu gün səhər saatlarından etibarən İdlibdə müxalifət qüvvələrinin neytral bölgəni boşaltmağa başladığına, ağır silahların ərazidən geri çəkilmə prosesinin başladıldığına dair məlumat yayıb.

Agentliyə bu haqda danışan səlahiyyətli şəxslərdən biri bu prosesin növbəti günlərdə də davam edəcəyini bildirib.

Qeyd edək ki, neytral bölgə 15 oktyabrda 15-20 km məsafədə quralacaq. Həmçinin, “Nusra Cəbhəsi” başda olmaqla terrorçu qruplaşmaları oradan çıxarılacaq. (qafqazinfo)

İnterpress.az