Aktrisa “Keira Knightley” psixi pozğunluq keçirdiyini açıqlayıbbackend

Aktrisa “Keira Knightley” psixi pozğunluq keçirdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa bildirib ki, \”Pirates of the Caribbean\” və \”Love Actually\” filmlərindən sonra bir il fasilə götürməli olub.

Uğurlarına baxmayaraq, tənqidlərin onda \”fərsiz\” olduğu hissini yaradıb, Knightley deyib.

Keyranın məşhurluğu \”Bend it Like Beckham\”, \”Pirates of the Caribbean\” və \”Love Actually\” filmlərindən sonra sürətlə artıb.

\”Kənardan baxmaq çox rahatdır – uğur dalınca uğur! Lakin əslində isə eşitdiyin yeganə şey tənqid olurdu\”, o, \”Hollywood Reporter Awards Chatter\” müsahibəsində deyib.

Keyra bildirib ki, məşqlərdə iştirak edə bilməməsi onu bədbin olmağa sürükləyib.

\”Sözün əsl mənasında özümü fərsiz hesab edirdim\”, aktrisa etiraf edib.

Bu hiss hətta 2005-ci ildə \”Pride and Prejudice\” filmindəki roluna görə Oscar mükafatı qazanmasından sonra da davam edib.

\”Elə bil heç bu dünyada deyildim və elə bil insanlar əcaib görünüşümü müzakirə edirdilər. Mənsə heç nə anlamırdım\”, o əlavə edib.

İnterpress.az