Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava- VİDEObackend

Nurməhəmmədov-Makqreqor döyüşündən sonra kütləvi dava- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoru boğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.

Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib. (oxu.az)

İnterpress.az