Ani Lorak ona xəyanət edən ərindən boşanırbackend

Ani Lorak ona xəyanət edən ərindən boşanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kiyev Notarius Xidməti məlumat yayıb.

Bildirilib ki, sənətçidən 4 oktyabr tarixində quruma məktub ünvanlanıb. O, Kiyevdəki əmlaklarının siyası barədə ofisə məlumat verib və həyat yoldaşı ilə boşanma prosesində olduğunu qeyd edib.

Qeyd edək ki, yayda M. Nalçacıoğlu ilə model Yana Belyaevanın səmimi görüntüləri yayılmışdı. Bundan sonra Ani qızı ilə birgə evdən getmişdi.

Daha sonra onların barışmaqları barədə xəbər yayılmışdı. Lakin hər iki tərəf mövzu ilə bağlı açıqlama verməmişdi.

Xatırladaq ki, Ani Lorak türk iş adamı ilə 2009-cu ilin avqustunda evlənib. Cütlüyün bu nikahdan Sofiya adlı qızı var.

İnterpress.az