Paytaxtın bu yollarında sürət həddi endirildibackend

Paytaxtın bu yollarında sürət həddi endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti — Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə İnterpress.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Məlumata görə, eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub: \”Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir\”.

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, metereoloji amilləri nəzərə alsınlar.

İnterpress.az