İpoteka kreditinin verilmə şərtləri dəyişdibackend

İpoteka kreditinin verilmə şərtləri dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İpoteka və Kredit Zəmanət Fondu ipoteka keditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib”.
İnterpress.az xəbər verir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, həmin dəyişikliyə əsasən 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda maksimum faiz 7-dən çox ola bilməz:

“Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4-dən 3.7-dək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür. Yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir. İndiydək verilmiş 22733 kreditin 17282-i paytaxtın payına düşüb. Fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir. Bu kontekstdən, regionların fondun vəsaitlərindən yararlanmaq imkanları məhdud olaraq qalmaqdadır”.

Ekspert qeyd edib ki, kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xirdalanda isə 1578 maliyyələşmə olub: \”Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan daxil olmaqla, regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər. Bir sıra rayonlar ümumiyyətlə ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə bu simvolik rəqəmlər olub. Məsələn, Ucar, Oğuz, Ağcabədi, Şərur, Sabirabad kimi rayonlar fond yaranandan bəri cəmi 1 ipoteka krediti əldə ediblər. Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əməkhaqqıda 2 dəfə fərq var. Buna rəğmən, ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir. Bu baxımdan biz ipoteka keditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik. Belə ki, rayonlar üzrə güzəştli kreditlər üzrə faizlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədə uyğun olardı. Əgər maliyyə ilin ilk 10 ayında həmin kvotadan az regional sifarış olarsa, o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər. Bütün hallarda, rayonlarım ipoteka keditlərinə əlçatanlığını təmin etmək üçün güzəştlərin tətbiqinə ehtiyac var”.

İnterpress.az