“Anna Akopyan dünya ictimaiyyətini avam yerinə qoyub” –  Razi Nurullayevbackend

“Anna Akopyan dünya ictimaiyyətini avam yerinə qoyub” – Razi Nurullayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib və sülh çağırışı edib. Gülünc və səmimiyyətdən kənar hərəkət!”.

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

“Bunlar ər-arvad, nəinki erməni xalqını, Rusiyanı, həm də dünya ictimaiyyətini avam yerinə qoyublar. Torpaqları işğal et, 30 ilə yaxın işğal altında saxla, bir milyona yaxın qaçqın-köçkün ordusu yarat, regionda stabilliyi poz, sonra da sülh çağırışı et. Bəs sülh çağırışını möhkəmləndirmək üçün hansı addımları atırsınız – bir cavab verin! Hələ ayıb etmədən, rusiyalı fəal qadınların da başını aldadıb, yalan məlumatlarla qidalandırıb təmas xəttinə gətirirsiniz”.

R.Nurullayev vurğulayıb ki, Rusiya öz vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərməklə böyük səhvə yol verir: “Azərbaycan heç zaman imkan verməz ki, hansısa ölkəin vətəndaşları gəlib bizim tərəfdən də təmas xəttində sülh çağırışı etsin. Əgər Ermənistan işğal altında olan Dağlıq Qarabağdan kənar rayonları belə, azad etmirsə, bu, hiyləgərlik və ikiüzlülülk siyasətinə kimi inandırmaq olar? Sülh lazımdır, amma Ermənistan rəhbərliyi işğal altında olan kənar rayonları qeyd-şərtsiz azad etməyə razı olarsa. Azərbaycan indiyədək münaqişənin həlli olunması naminə kifayət qədər konstruktiv addımlar atıb. Daha güzəştlik heç nə qalmayıb”.

İnterpress.az