FHN ərəblərin yaşadığı evdə baş verən yanğınla bağlı məlumat yaydıbackend

FHN ərəblərin yaşadığı evdə baş verən yanğınla bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-dən İnterpress.az -a verilən məlumata görə, Qəbələ rayonunda ümumi sahəsi 200 kv.metr olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 kv.metr sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın zamanı müxtəlif yanıq xəsarətləri almış 6 nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İnterpress.az