Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu keçirilib

Türkiyədən bir çox qastroenteroloji-hepatoloji uzman tədbirə qatılıb

Dərc edilib: 8 oktyabr 2018 [14:51]
Baxış sayı: 8502

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "IV Azərbaycan-Türkiyə ortaq hepatoloji kurs”u keçirilib.

İnterpress.az xəbər verir ki, Türkiyədən bir çox qastroenteroloji-hepatoloji uzmanın qatıldığı tədbirdə viral hepatitlər və qaraciyər transplantasiyası, hepatologiya ilə bağlı müxtəlif mövzulara dair müzakirələr aparılıb.
Tədbirin açılışında çıxış edən Türk Qaraciyər Vəqfinin rəhbəri prof.dr Yılmaz Çakaloğlu, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan və Türkiyənin tibb sahəsində münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.
Görüşdə bu kursların hər iki ölkənin tibb mütəxəssisləri üçün önəmindən danışılıb.
Belə toplantıların ölkələr arasında təcrübə mübadiləsi və yeni biliklərin əldə olunması baxımından əhəmiyyətli olduğu qeyd edilib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40