Dünya çempionlarımız: Nurməhəmmədovla döyüşərəmbackend

Dünya çempionlarımız: Nurməhəmmədovla döyüşərəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim məşhur idmançılar da bu döyüşə baxıb.

İdmançılarımızdan sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və karate üzrə beşqat dünya çempionu Rafael Ağayevə bu iki sualla müraciət etdik: 1. “Kimə azarkeşlik edirdiniz?”; 2. “UFC çempionu Həbib Nurməhəmmədovla oktaqonda döyüşməyə hazırsınız?”

Hacı Əliyev: “Mən bir müsəlman kimi bu döyüşdə Həbib Nurməhəmmədovun qalib gəlməsini istəyirdim. Bundan başqa, Həbib mənim çıxış etdiyim idman növünə yaxın döyüşdüyündən, ona azarkeşlik edirdim. Amma onun çəkisi məndən aşağıdır. Həbib mənimlə güləşə bilməz. Tək güləş olsa, onu yenərəm. Yumruq vurmaq üçün isə məşq etməliyəm”.

Rafael Ağayev: “MMA döyüş növünə o qədər də maraq göstərmirəm. Karatedən sonra idmanda baxdığım futbol və cüdodur. Amma bilirdim ki, maraqlı döyüş olacaq. Ona görə baxdım. Düzdür, MMA elədir ki, orda karate də daxil olmaqla bütün idman növlərindən istifadə etmək olar. Bilmək olmaz, bəlkə gələcəkdə mən də orda iştirak etdim…

İkinci sualınıza gəlincə, dildə demək asandır ki, Həbib çağırsa, gedib ona qalib gələrəm. Amma belə deyil, hər şeyə real yanaşmaq lazımdır. Hər bir idmançı öz idmanında peşəkardır. Ayaqüstü döyüş olsa, məşq etsəm, Həbiblə döyüşə bilərəm. Çünki onun əsas mübarizəsi döşəmə üzərində olur, bunun üçün güləşi bilmək lazımdır”. ( oxu.az )

İnterpress.az