“Qarabağın adından mitinq keçirdən siyasi meyitlər ifşa olundu”backend

“Qarabağın adından mitinq keçirdən siyasi meyitlər ifşa olundu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niyaməddin Orduxanlı : “Bu aksiyaya çağırış edənlərin böyük əksəriyyətinin bir-birini sosial şəbəkələrdə ağır formada təhqir və satqınlıqda suçlayıb ifşa etməklə nə qədər rəzil və mənfur ünsürlər olduqlarını, ictimaiyyətin artıq bu tipli adamlardan iyrəndiyini nəzərə alaraq, eyni şüarla yaxın zamanlarda yeni mitinqin çağırılmasını nəinki təqdir edir, hətta ziyanlı sayırıq”.

Sentyabrın 29-da Qarabağ dair mitinq keçirdən şəxslər növbəti dəfə mitinq keçirtmək niyyətində olduqlarını bəyan ediblər. Bununla bağlı Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən 55 siyasi partiyalara müraciət etmək niyyətində olduqlarını bildiriblər. Bununla bağlı Aznews.az saytına açıqlama verən BAXCP sədrin təşkilat məsələr üzrə müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu gün BAXCP İdarə Heyətinin ənənəvi iclasınd bu məsələ müzakirə olundu: \”Sentyabrın 29-da “Qarabağa Azadlıq” şüarı ilə keçirilən mitinqi müzakirə etdik. Həmin mitinqə vətəndaşların dəstək vermədiyini, mitinqin Qarabağ naminə milli birliyə töhfə verə bilmədiyini, azsaylı iştirakçısı olan aksiyaların danışıqlar prosesinə mənfi təsir göstərdiyini, mitinqdən sonra bu aksiyaya çağırış edənlərin böyük əksəriyyətinin bir-birini sosial şəbəkələrdə ağır formada təhqir və satqınlıqda suçlayıb ifşa etməklə nə qədər rəzil və mənfur ünsürlər olduqlarını, ictimaiyyətin artıq bu tipli adamlardan iyrəndiyini nəzərə alaraq, eyni şüarla yaxın zamanlarda yeni mitinqin çağırılmasını nəinki təqdir edir, hətta ziyanlı sayır. Buna görə də BAXCP yeni mitinq barədə təşəbbüs göstərənlərə öz məsuliyyətlərini dərk edərək müqəddəs dəyərləri gözdən salmamağı, bir daha mövcüd vəziyyəti düzgün qiymətləndirməyi və öz qərarlarına yenidən baxmağı təklif etdi. Açıq aydın göründü ki, bir qrup siyasi meyitlər Qarabağ adı ilə öz çirkin məqsədlərini həyata keçirtmək istəyirlər. Hakimiyyətə gəlmək arzusu ilə alış-yananlar Qarabağ adının altında gizlənirlər. Cəmiyyət də onların bu hiyləgərliyini gördü. Və elə bu səbəbdən də vətənaşlar ciddi dəstək vermədi. Ən böyük yaramazlıq odur ki, insanların milli hissləri ilə oynayasan. Özü özülüyündə guya oyun qururlar. Ancaq unudurlar ki, bu adamların nə cür oyunbaz olduqlarını xalq çox yaxşı bilir! Bir daha bildirmək istəyirəm ki, bu cür hiyləgər və siyasi meyitlərin əsas məqsədlərinə çata bilməyəcəklər!\”.

İnterpress.az