Lotu Quli həbs olundu, Rövşən Lənkəranskiyə görə…backend

Lotu Quli həbs olundu, Rövşən Lənkəranskiyə görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az-ın əldə etdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan Nadir Səlifov Türkiyə Cinayət hüququnun iki maddəsi üzrə üzrə sorgulanır.

Onun, birincisi, iki il əvvəl Rövşən Caniyevin qətlində əli olub-olmaması araşdırılır.

İkincisi, ona Rusiyada axtarışda olması, Rusiya bazarlarında işləyən azərbaycanlılardan xərac toplaması barədə suallar verilir.

Qaynaqlarımız bildirir ki, Lotu Qili haqqında həbs qəti imkan tədbiri seçilməyib, sadəcə, ondan izahat alınır. Yetərli dəlil olmadığı təqdirdə sərbəst buraxılacaq, əks halda məhkəməyə çıxarılacaq.

***

Azərbaycanlı avtoritet Lotu Quli Türkiyənin İstanbul şəhərində həbs olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

AzNews.az xəbəri dəqiqləşdirmək üçün Türkiyədəki mənbələrlə əlaqə saxlayıb.

Portalımıza verilən məlumata görə, Türkiyə polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə bölməsi (\”Organize Suçlar\”) İstanbulun məşhur \”Vatan\” caddesində əməliyyat keçirib.

Həbs olunanlar arasında \”Lotu Quli\” ləqəbli Nadir Sələfovun da olduğu deyilir.

İnformasiyanı tam dəqiqləşdirməyə çalışırıq. Ətraflı məlumat veriləcək.

İnterpress.az