“Heç kəsin dini nikah bağlamaq hüququ yoxdur”- Hicran Hüseynovabackend

“Heç kəsin dini nikah bağlamaq hüququ yoxdur”- Hicran Hüseynova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erkən nikahları faktiki olaraq ailə zorakılığına bərabər tuturuq, çünki belə faktlar, əsasən, qızın iradəsinə zidd olaraq baş verir. İkincisi, bunun qarşısını almaq üçün biz dini qurumlarla sıx əlaqə saxlayırıq. Bizdə bu dini mərasimin icrası ən yüksək dini qurumlar səviyyəsində qadağan olunub.

İnterpress.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, əvvəla, nikah bağlanan qızın 18 yaşı tamam olmalıdır, ikincisi, rəsmi qeydiyyat sənədi olmasa, heç kəsin dini nikah bağlamaq hüququ yoxdur.

“Əlbəttə, bəzi yerlərdə belə hallar olur. Bunun qarşısını almaq üçün biz Azərbaycanın bütün rayonlarının rəhbərliyinə rəsmi müraciət etmişik, monitorinq qrupları yaratmışıq. Bu, nə deməkdir?

Monitorinq qrupu, bir tərəfdən, bütün belə halların və zorakılığın profilaktikasını aparır, digər tərəfdən, belə hallara operativ müdaxilə edir. Bu monitorinq qruplarının hər birində müvafiq dövlət strukturlarının nümayəndələri – prokuror, hüquqşünaslar, hakimlər, mənim rəhbərlik etdiyim komitənin nümayəndələri, təhsil, mədəniyyət sahələrinin və icra hakimiyyətinin təmsilçiləri var.

Toy olacağı barədə xəbəri rayonda, təbii ki, hamı eşidir. Rayonda artıq bilirlər ki, gəlib o adamı həbs edəcəklər, çünki həmin şəxs qanunu pozur və buna imkan verilməyəcək. Artıq rəsmi müraciət etməyə başlayıblar, çünki cəzalandırıla biləcəklərindən qorxurlar.

Bilirsiniz ki, biz 70 il Sovet İttifaqı adlanan bir ölkədə birgə yaşamışıq. Sonra hərə öz küncünə çəkilib. Bu proses bəzi yerlərdə sakit şəraitdə, bizdə isə ölkəmiz üçün ağlasığmaz sarsıntılar fonunda keçib.

Ən dəhşətlisi o idi ki, insanların şüurunda boşluq yarana bilərdi. Onlar dəyişmiş şəraitdə özlərini yetərincə real görmürdülər, nələr baş verə biləcəyini anlamırdılar. Lakin sonra ölkəmiz, necə deyərlər, relsə düşdü, inanılmaz “bum”, iqtisadi inkişaf dövrü başlandı və bu gün Azərbaycan bütövlükdə, hər cəhətdən dinamik inkişaf edən ölkədir.

Bu fonda kimsə birdən-birə özünün 15-16 yaşında qızını ərə vermək fikrinə düşsə… Belə insanlarla iş aparmaq lazımdır. Əlbəttə, mentallıq nəzərə alınmaqla”, – deyə komitə sədri əlavə edib.

İnterpress.az