Kaliforniyada bir prospektə “Arsax” adı verildibackend

Kaliforniyada bir prospektə “Arsax” adı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayaraq məsələ ilə bağlı etirazlarını ifadə ediblər.

İnterpress.az Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ölkəmizin dünyaya inteqrasiyasının, ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış etdiyini və Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu və Cənubi Qafqazın ən mühüm ölkəsi kimi tanınmaqda olduğu deyilir.

Soydaşlarımız Azərbaycanın ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğunu vurğulayaraq, tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanat müəllifləri Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasını narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar.

Ermənistanın təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatların müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsə də, dünya birliyinin işğalçı Ermənistanı cəzalandırmaq üçün konkret addımlar atmadığını xatırladan soydaşlarımız bildirir ki, rəsmi İrəvan hələ də işğalçı dövlət mövqeyindən geri çəkilmir.

Bəyanatda qeyd edilir ki, “Biz – dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT, Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik”.

İnterpress.az