Bakıdakı finala görə Avropa çempionatının vaxtı dəyişdirildibackend

Bakıdakı finala görə Avropa çempionatının vaxtı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi futbol üzrə Avropa Liqasının finalının mayın 29-da Azərbaycan paytaxtında keçirilməsi ilə bağlıdır.

Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək. Lakin yeni qərara əsasən, Avropa birinciliyi üç gün yox, dörd gün ərzində keçiriləcək. Belə ki, bədii gimnastika yarışları 16-19 may tarixlərində baş tutacaq.

Mayın 23-25-nə nəzərdə tutulmuş aerobika gimnastikası üzrə Avropa çempionatının da tarixində dəyişiklik olunub. Belə ki, həmin qitə birinciliyi bir gün gec başlayıb, bir gün gec başa çatacaq (24-26 may). (oxu.az)

İnterpress.az