Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Hacı Mazan”ın ölkədən çıxışına qadağa qoyuldu

"Hacı Mazan” ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub.

Dərc edilib: 10 oktyabr 2018 [15:51]
Baxış sayı: 4414

İnterpress.az bildirir ki, BakuPost-un əldə etdiyi məlumata görə, buna səbəb biznesmenlə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işinin başlanmasıdır. Belə ki, bir müddət əvvəl biznesmen işçiləri ilə birlikdə ona məxsus binada yaşayan sakinin evinə hücum edib. İstintaq onun bu əməlini xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.

Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

"Hacı Mazan”la yanaşı hadisədə iştirak edən adamlarının da ölkədən çıxışına icazə verilmir.

Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40