Məhəmməd Mursinin oğlu saxlanıldıbackend

Məhəmməd Mursinin oğlu saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, Misirin demokratik əsaslarla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin oğlu Abdulla Mursi polis tərəfindən saxlanılıb.

Bu haqda onun böyük qardaşı Əhməd Mursi məlumat verib.

Məsələ ilə bağlı Misirdən rəsmi açıqlama gəlməyib.

Qeyd edək ki, Abdulla Mursi 2014-cü ilin martında narkotiklə təqsirləndirilərək saxlanılıb, üç ay sonra isə haqqında bir illik həbs cəzası verilib.

A.Mursi haqqındakı ittihamı qəbul etməmişdi.

İnterpress.az