“Azərbaycan xalqı Zatulinin fikirlərini ciddiyə almır” – Deputatbackend

“Azərbaycan xalqı Zatulinin fikirlərini ciddiyə almır” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Sherg.az”a Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin \”Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar” açıqlamasını şərh edərkən millət vəkili Aqil Abbasov bildirib.

Onun sözlərinə görə, zaman-zaman Rusiyanın müxtəlif deputatları və siyasiləri Azərbaycan əleyhinə açıqlamalar verib, Ermənistanın tərəfini saxlayırlar:

\”Amma K.Zatulinin açıqlamasında başqa bir məsələ var. İnanmıram ki, bu bəyanatı K.Zatulinin özü verib. Yəqin ki, bu açıqlamanın Rusiyadakı ermənipərəst dairələr sifariş verib. Zatulin bu mənasız fikirləri ilə Azərbaycan xalqı və dövlətini təhdid etməyə çalışır.

Belə sərsəm bəyanatlarla bizi qorxudub, torpaqlarımızı azad etməməyimizi istəyirlər. Ancaq bir məsələni dərk etmirlər ki, K.Zatulinin bu fikirləri Azərbaycan xalqı və dövlətini öz prinsipial mövqeyindən döndərə bilməz. Bizim xalq belə açıqlamalara heç vaxt inanmır və inanmamalıdır.

Azərbaycan Naxçıvan ərazisində gedən döyüşlərdə və eyni zamanda aprel döyüşlərində,digər əməliyyatlarda düşmənə sübut etdi ki, iki dövlət arasında müharibə olsa, Ermənistanda daş-daş üstündə qalmayacaq. Əvvəlcə, onu vurğulayım ki, biz Dağlıq Qarabağı separatçılardan təmizləyəcəyik. Həmişə demişəm , bu gün də deyirəm ki, bu, müharibə deyil. Müharibə iki dövlətin arasında olur. Amma bir ölkə öz ərazisindəki terrorçuları ərazisindən çıxarırsa, buna müharibə deyilmir. Biz sadəcə işğal olunmuş torpaqlarımızdan erməni separatçılarını çıxarmaq istəyirik.

Digər yandan dünyada müəyyən qanunlar var. Əgər ölkəmiz torpaqlarımızın azad olunmağı istiqamətində bəzi işlərə başlasa, dünyanın heç bir ölkəsi buna qarışa bilməz. Hətta bu məsələyə Rusiya da qarışa bilməz. Çünki biz həmin vaxt Ermənistan ərazisinə keçməyəcəyik. Sadəcə, öz torpaqlarımızda olacağıq.

İşğalçmı ölkə KTMT-a üzv olduğuna görə, Moskva Ermənistana dəstək verə bilər. Amma o şərtlə ki, gərək biz Ermənistanın ərazisinə keçək. Azərbaycan isə yalnız və yalnız öz torpaqlarında əməliyyat keçirəcək. Bir qarış belə olsun Ermənistanın ərazisinə ayağımız dəyməyəcək. Biz işğal olunmuş ərazilərimizdən Ermənistan hərbi qüvvəsini çıxaracağıq. Hələ ki ölkəmiz bu məsələni sülh yolu ilə həll etmək istəyir\”.(sherg.az)

İnterpress.az