Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilibbackend

Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə institutun müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din siyasətindən danışıb. Rektor əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib.

Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə danışan C.Məmmədov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyib.

Rektor Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığa malik olduğunu xüsusi vurğulayıb. Rektor bildirib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük maraqla oxunur. Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağının artırmaq olduğunu vurğulayan rektor, bundan sonra institutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunacağını bildirib.
Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb.

Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan yazıçı həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib. Xalq yazıçısı gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün, müxtəlif dillərdə mütaliənin əhəmiyyətini də nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması üçün xarici dilləri bilmək günümüzün vacib şərtlərindəndir.

Aİİ-də Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

İnterpress.az