Azərbaycan millisi bu gün Farer adaları ilə qarşılaşacaqbackend

Azərbaycan millisi bu gün Farer adaları ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, D liqasının III qrupunda yer alan milli komandamız III turda Farer adalarının qonağı olacaq. Paytaxt Torshavnda \”Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

Azərbaycan ilk dəfə keçirilən turnirdə hələ qələbə qazana bilməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus edib, (3:1), Kosovoda uduzub (0:2).

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər bir dəfə qarşılaşıblar. 27 fevral 1996-cı ildə Cənubi Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında millimiz 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Qurban Qurbanov qoyub.

Qurban Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi \”Qarabağ” 2011/12 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində \”Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib – 1:1.

Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

Millətlər Liqası
D Liqası, III qrup
III tur

11 oktyabr
22.45 Farer adaları – Azərbaycan
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averyanov, Valeri Dançenko (Rusiya).
Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (Rusiya).
Hakim-inspektor: Salustia Çato Çipres (Andorra).
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya).
Torshavn. \”Torsvollur” stadionu,

İnterpress.az