Kadırov Nurməhəmmədova avtomobil bağışladıbackend

Kadırov Nurməhəmmədova avtomobil bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.

Çeçen başçı hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov Fondu adından bağışlayıb.

Bundan başqa, o, Həbibin atası olan məşqçisi Əbdülmanaf Nurməhəmmədova Çeçenistanın “Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.

Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbib Nurməhəmmədova “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib. (oxu.az)

İnterpress.az