Türkiyədə amerikalı keşişin məhkəməsi başlayırbackend

Türkiyədə amerikalı keşişin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iclas Aliağa rayonunda, penitensiar müəssisədə keçiriləcək.

Branson məhkəməyə güclü təhlükəsizlik tədbirləri altında gətiriləcək.

Prokuror Bransonun 35 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Amerikalı keşiş Branson Türkiyədə casusluq, Fətullah Gülən və PKK terrorçularına yardım etmə, qanuni hakimiyyəti devirmək cəhdində ittiham edilərək həbs olunub.

Prokurorluq Bransona qarşı bu ittihamları irəli sürüb: din xadimi adı altında Fətullah Gülən və PKK terrorçularına yardım; missioner fəaliyyətin təşkili üçün Gülən terrorçularına müraciət etmək.

Türkiyə tərəfi bildirib ki, Branson Suriyanın Kobani şəhərində və Türkiyənin Şanlıurfa bölgəsinin Suruç rayonunda PKK terrorçularına yaxınlığı ilə seçilən insanlarla görüşüb və fotolar çəkdirib.

Bransonla bağlı məsələ Türkiyə və ABŞ arasında münasibətləri gərginləşdirib.

NBC telekanalı məlumat yayıb ki, ABŞ və Türkiyə tərəfi bu məsələ ilə bağlı gizli razılıq əldə edib. Razılaşmaya əsasən, keşiş məhkəmə prosesindən sonra azadlığa buraxılacaq. (oxu.az)

İnterpress.az