Azər Axşam məhkəməyə üz tutur: “…onun orientasiyası yerində deyil” – VİDEObackend

Azər Axşam məhkəməyə üz tutur: “…onun orientasiyası yerində deyil” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aparıcı Azər Axşam mətbuata verdiyi açıqlama ilə bağlı sosial şəbəkələrdə onu təhqir edənlərə cavab verib.

O, həmin şəxsləri məhkəməyə verəcəyini qeyd edib:

\”Mən birinci həyat yoldaşımdan ayrılmışam. Oğlumun 21 yaşı var. Guya mən demişəm ki, \”oğlumu keçmiş arvadımdan alacağam, onun orientasiyası yerində deyil, oğlunu pis tərbiyə edir\”. Adımdan belə şeylər yazılıb. Mən də güldüm. Sizcə mən belə söz deyə bilərəmmi? 21 yaşlı oğlanı kim məhkəmə yolu ilə ala bilər? Bu məlumat məni incitdi. Məni tanımayan şəxslər haqqımda ən alçaq fikirlər yazıblar. Məhkəməyə, polisə müraciət edib, təzminat tələb edəcəyəm”.

Qeyd edək ki, “Xəbərlər bizdə” adlı instaqram səhifəsi Azər Axşamın adından onun birinci həyat yoldaşının \”lezbiyan\” olması haqqında məlumat yayaraq, oğlu Cavidanı ondan almaq üçün məhkəməyə müraciət edəcəyini bildirib. (AzNews.az)

İnterpress.az