Parlamentdə 50 yaşlı Əli Hüseynliyə təbriklər səsləndibackend

Parlamentdə 50 yaşlı Əli Hüseynliyə təbriklər səsləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün parlamentdə çıxış edən deputat Tahir Kərimli komitə sədrini 50 illik yubileyi münasibətilə təbrik etdi. Dedi ki, komitə sədrini hələ 90-cı illərin əvvəllərindən tanıyır və onun haqqında yüksək fikirdədir: “Əli müəllimə baxanda arxayın oluram ki, biz sabah başımızı qoyub öləndə bu ölkəni onun kimi idarə edən kişilər olacaq. Mən inanıram ki, onu dövlət rəhbəri də, sədrimiz də çox istəyir”.

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov da Ə.Hüseynlini təbrik etdi, ona uğurlar arzuladı.

Daha sonra YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov da YAP üzvü olan Ə.Hüseynlini təbrik etdi.

İnterpress.az