Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Gənc qız Həbiblə yazışmasını paylaşdı, ölümlə hədələndi - FOTO

Çempion onun çimərlik fotosunu bəyənibmiş...

Dərc edilib: 12 oktyabr 2018 [14:35]
Baxış sayı: 10042

Rusiyanın Rostov şəhərində yaşayan 21 yaşlı Anastasiya Qres adlı bir qız döyüşçü Həbib Nurməhəmmədovla Vkontakte sosial şəbəkəsindəki yazışmasını paylaşdığına görə ölümlə hədələnib.

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, yazışmanın ötən ilin oktyabrında qeydə alındığı deyilir.

Anastasiyanın dəniz paltarındakı şəkilinə Həbib “Burada yaxşısan” sözünü yazıb. O isə “Minnətdaram. Siz ki, müsəlmansınız, hesab edirsiniz ki, bədəni göstərmək lazımdır. Bu, biabırçılıqdır” cavabını verib.

Bundan sonra onların arsındakı dioloq belə davam edib:

- Yenə şəkil göndər.

- Nəyə görə.

- Elə belə.

- Sizin ki həyat yoldaşınız var. Öz yoldaşınızın şəklinə baxmalısınız. Sosial şəbəkədəki Nastya adlı qız nəyinizə lazımdır?


Həbib bu cavabdan sonra Nastyanı dostluqdan çıxarıb. O isə yazışmanı paylaşmaq qərarına gəlib. Bundan sonra onu öldürməklə hədələyiblər. Nəticədə Nastya profilini bağlayıb.

Gənc qız Həbiblə yazışmasını paylaşdı, ölümlə hədələndi - FOTO


AzNews.az qeyd edir ki, bir il öncə baş verən bu insidentin indi gündəmə gəlməsi yəqin ki, Həbibin irland döyüşçü üzərində parlaq qələbəsi ilə bağlı ola bilər. Burada isə yalnız iki versiya var. Birincisi, Nastya Həbibin titulunun kölgəsində məşhurlaşmaq istəyir, ikinci halda isə ona qara yaxmaq məqsədini daşıyır.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134