Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Uzunömürlülük pəhrizi tərtib olundu – Siz də bu üsulu seçin

Uzun ömürlülük qidasının əsasını iltihabəleyhinə qidalar təşkil edir. Çünki orqanizmdə nə qədər az iltihab və iltihablı orqan olsa, insan bir o qədər sağlam olur.

Dərc edilib: 12 oktyabr 2018 [15:29]
Baxış sayı: 2407

İnterpress.az xəbər verir ki, İsveçin Karolin İnstitutunun epidemioloqları maraqlı bir araşdırma apararaq, dietanı yoxlayıblar.
İnsanlarda çox rast gəlinən diabet, piylənmə, ürək-damar xəstəlikləri, bir sıra onkoloji xəstəliiklər xroniki iltihabın nəticəsidir.

İltihab əleyhinə pəhrizə bu qidalar daxildir: yaşıl rəngli tərəvəzlər, giləmeyvələr, qara üzüm, brokkoli, gül kələmi, lobya, mərci, paxlalılar, yaşıl çay, qəhvə, avokado, zeytun yağı, qoz, badam, acı şokolad.
Az miqdarda qırmızı şərab, pivə, darçın, sarıkök, balıq da olar.

Tamamilə olmaz:
transyağlar, qırmızı ət, fastfood, şirin içkilər, ağ çörək, çips, kreker, hazır şirniyyat, konfetlər, soya, bitki yağları, alkoqol.
Elmi araşdırmada 16 il ərzində 60 000 insanın qidası, xəstəlikləri, həyat tərzi haqqında qeydlər təhlil olunub. Analizlər göstərdi ki, onlardan 16.000 erkən ölüb. Onların qidasında iltihab yaradan zərərli ərzaqlar çoxluq təşkil edirdi. Yaşı 80-ə çatmış pasiyentlərin 45%-i iltihabəleyhinə pəhrizə yaxın qidalanırdılar.

Uzunömürlülük pəhrizi tərtib olundu – Siz də bu üsulu seçin


Tədqiqatlar sübut etdi ki, hətta qismən belə iltihabəleyhinə qidaya keçid insanın sağlamlığına müsbət təsir edir. Xüsusən siqaret çəkənlər, diabet xəstələri, alkoqol içənlər üçün bu pəhriz əvəzsizdir.

Bu pəhrizə riayət edənlərdə hər hansı səbəbdən qəfil və erkən ölüm riski 30%, ürək-damar xəstəliklərindən ölüm 36%, xərçəngdən ölüm isə 23% azalır. (Medicina.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134