Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gəncə hadisələrinə görə axtarışda olan şəxs Moskvada saxlanıldı

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyanın paytaxtı Moskvada həbs olunub.



Dərc edilib: 12 oktyabr 2018 [15:45]
Baxış sayı: 6694

İnterpress.az xəbər verir ki, adı açıqlanmayan 34 yaşlı şəxs İnterpol xətti ilə iyul ayından axtarışda olub.

“Oktyabrın 11-i səhər saatlarında Moskvanın “Arxitektor Vlasov” küçəsində bu ilin iyul ayından bəri Azərbaycan Cinayət Məcəlləsinin “Terrorizm”, “Qəsdən adam öldürməyə cəhd”, “Qanunsuz silah dövriyyəsi”, “Dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyəti zorla ələ keçirməyə cəhd” və s. maddələri ilə axtarışda olan 34 yaşlı vətəndaş saxlanılıb. Onun iyul ayında Gəncədə baş verən hadisələrlə bağlılığı var”.

Onun saxlanılması barədə Azərbaycan tərəfi də məlumatlandırılıb. (modern.az)


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 40