Azərbaycan parlamentində ciddi etiraz: Moskvaya müraciət olunacaqbackend

Azərbaycan parlamentində ciddi etiraz: Moskvaya müraciət olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Milli Məclisin deputatlarının oktyabrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi Dağlıq Qarabağa səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, eyni zamanda digər komitələrə kəskin arqumentlərlə müraciət hazırlamışıq\”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib: \”Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya dövlət dumasının xarici əlaqələr komitəsinin sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi\”.

\”Əmin ola bilərsiniz ki, bu məsələ diqqət mərkəzindədir. Müraciətimizdə qeyd etmişik ki, Rusiya Federal Məclisi Dövlət Dumasının rəhbərliyi üzvlərə prosedur qaydada xəbərdarlıq etsin ki, işğal olunmuş ərazilərə getməsinlər\” — deyə o bildirib. (sputnik.az)

İnterpress.az