Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var

Hadisə zamanı yaralan 7 nəfər xəstəxanaya çatdırılıb

Dərc edilib: 12 oktyabr 2018 [15:57]
Baxış sayı: 3249

Türkiyənin Qayseri şəhərində ağır avtomobil qəzası baş verib. İnterpress.az Sputnik Azərbaycan -a istinadla xəbər verir ki, baş verən qəza nəticəsində 38 ADU 077 dövlət nömrə nişanlı avtomobil körpüdən çaya düşüb.

Ankara şossesinin 30-cu kilometrliyində baş verən qəzanın avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Avtomobilin körpüdən düşdüyünü görən 51 ER 078 dövlət nömrə nişanlı pikap və 38 DK 790 dövlət nömrə nişanlı avtomobil anidən əyləcə basıb. Onların arxasınca gələn 99 AZ285 Azərbaycan dövlət nömrə nişanlı "TIR" avtomobillərə çırpılaraq, körpüdən aşıb.

Hadisə yerinə gələn xialsetmə qrupu "TIR"ın sürücüsünü xilas edib. Hadisə zamanı yaralan 7 nəfər xəstəxanaya çatdırılıb.


İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134