Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Parlament medalı təsis edilsin” - millət vəkilindən təklif

Millət vəkili Siyavuş Novruzov parlament medalının təsis edilməsini təklif edib.

Dərc edilib: 12 oktyabr 2018 [17:05]
Baxış sayı: 2092

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin medalının təsis edilməsini təklif edib.

İnterpress.az bildirir ki, S.Novruzov xatırladıb ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən xatirə medalı təsis edilib: “O, muzeyə qoymağa və ya nəvələrə göstərmək üçün yaxşıdır. Amma xatirə medalını gəzdirmək olmur”.

Millət vəkili deyib ki, bəzi dövlət qurumlarının medalları var, müvafiq olaraq xidmətə görə təqdim edirlər: “Təklif edirəm ki, Milli Məclisin də belə bir medalı olsun, parlament üzvlərinə, parlamentlə əməkdaşlıq edən nazirlik və komitə üzvlərinə təqdim edilsin. Yəni kim layiqdirsə, ona təqdim olunsun”.

S.Novruzovun çıxışı alqışlarla qarşılanıb.

Deputat Vahid Əhmədov da belə bir medalın təsis edilməsinin vacibliyini vurğulayıb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134