Amerikalı keşişin azad edilməsi Türkiyə-ABŞ münasibətlərini yumşaldacaqbackend

Amerikalı keşişin azad edilməsi Türkiyə-ABŞ münasibətlərini yumşaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Bu barədə cümə axşamı “The Washington Post” qəzeti öz elektron versiyasında məlumat dərc edib. Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

Qeyd edək ki, Türkiyə ilə ABŞ-ın onsuz da soyuq olan münasibətlərinin daha da korlanmasına 50 yaşlı amerikalı keşiş Endryu Branson səbəb olmuşdu.

E.Branson Şimali Karolina ştatının Black Mountain adlı kiçik şəhərində dindar ailədə böyüyüb.

Onun 7 qardaşı və bir bacısı var. Onun valideynləri Presbyterian missionerlərdir, vaxtilə Meksika, Pakistan və Rusiyada missionerlik ediblər. Uşaqlıqda Branson xəstəlik keçirib, həmin xəstəlik o dərəcədə ağır keçib ki, hətta anası oğlunun sağalacağına ümidini itirmək həddinə çatıb.

Sonradan Branson keşiş olmaq yolunu seçir və 90-cı illərdə Presbyterian Kilsəsi xətti ilə Türkiyəyə missionerlik etməyə gəlir. O, arvadı Narin və 3 uşağı ilə İzmir şəhərində məskunlaşıb.

Orada Branson evangelist kilsəsinə rəhbərlik edib, həmin kilsədə onlarla ibadətçi olub.

Türkiyə polisi 2016-cı ilin noyabrında A.Bransonu və həyat yoldaşı Narini 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevriliş cəhdinə dəstək verdikləri əsas göstərərək şübhəli qismində həbs etmişdi. Keşişin həyat yoldaşını 13 gündən sonra buraxdılar, özünü isə həbsdə saxladılar. Ona qarşı ittihamlar sübuta yetirlərdisə 35 ilədək azadlıqdan məhrum edilə bilərdi. Türk prokurorları hesab edirdilər ki, ABŞ keşişi terrorçuları dəstəkləyib və missionerlik pərdəsi arxasında casusluq edib.

Türk prokurorluğunun qənaətinə görə, Branson Fətullah Gülən ilə əlaqə saxlayıb və təxribat fəaliyyəti üçün xaricdən pul alıb. İttihamnamədə eləcə də keşişin missionerlik pərdəsi arxasında hərbi casusluq etdiyi də qeyd olunurdu.

Keçən ilin payızında Türkiyə keşişi Bransonu F.Gülənə dəyişməyi təklif edib. Lakin ABŞ Güləni təslim etməkdən imtina edib.

Çoxsaylı xristian təşkilatları Bransonun azadlığa buraxılmasını tələb edirdi. ABŞ-da Qanun və Ədalət Mərkəzi adlanan təşkilat onu siyasi məhbus sayırdı.

Keşiş Bransonun həbs edilməsi ABŞ-Türkiyə münasibətlərinə əlavə gərginlik gətirmişdi. O zamandan indiyə qədər münasibətlər xeyli pisləşib. ABŞ-ın prezidenti D.Tramp da keşişin azad olunması çağırışı etmişdi.

Dövlət katibi Mike Pompeo da xəbərdarlıq etmişdi ki, Türkiyə ABŞ vətəndaşını həbsdə saxlamaqda davam etsə “təsirli sanksiyalarla üzləşəcək”. Lakin Türkiyə hökuməti keşişə açılan cinayət işini ləğv etmirdi.

Bu il iyulun axırında İzmir məhkəməsi keşişi ev dustaqlığına buraxdı. Buna baxmayaraq, Vaşinqton münasibətləri gərginləşdirən istiqamətdə addım atdı.

Avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhamit Gülə qarşı sanksiyalar tətbiq edib və onların aktivlərini dondurub.

Türkiyəyə qarşı ABŞ-ın qəbul etdiyi bir sıra sanksiyalarn türk lirəsinin rekord dərəcədə ucuzlaşmasına səbəb olduğu deyilirdi. Lakin ABŞ rəsmiləri bununla kifayətlənmədilər, Tramp elan etdi ki, türk poladı və alüminiumuna da gömrük rüsumunu ikiqat qaldırılır.

Bu addım Türkiyədə lirənin və fond bazarının vəziyyətini, inflyasiya proqnozlarını daha da pisləşdirdi.

Ərdoğan buna cavab olaraq xəbərdarlıq etdi ki, ABŞ-ın birtərəfli addımları Türkiyəni yeni dostlar axtarmağa məcbur edə bilər. Türkiyə prezidenti eləcə də ABŞ elektronik məhsullarını da boykot ediləcəyi xəbərdarlığını etdi. Beləliklə, Vaşinqtonda əminlik yarandı ki, Ankarayla təzyiq yolu ilə danışmağın müsbət nəticəsi olmayacaq. Ona görə də nəhayət sanksiyaların aradan qaldırılacağı barədə razılıq verməklə keşiş Bransonun azadlığına, ölkədən xaricə buraxılmasına Ankaraını razı salmalı oldu.

Bəs keşiş Endryu Bransonun buraxılması uzun müddətdir gərgin olan ABŞ-Türkiyə münsibətlərində yumşalma əmələ gətirəcəkmi?

Amerikalı keşişin azad edilməsi Türkiyə-ABŞ münasibətlərini yumşaldacaq

Politoloq Əhəd Məmmədli bildirdi ki, şübhəsiz keşişin azad edilməsi Türkiyə-ABŞ münasibətlərində yumşalma əmələ gətirəcək: “Türkiyənin ABŞ-ın heç bir ultimatumunu yerinə yetirməyəcəyini anlayan Ağ Ev geri çəkilib Ankara ilə razılığa gəlməyi məcbur oldu. Amerika sanksiyalardan imtina etmək bahasına Türkiyədən keşişin buraxılmasına nail oldu. Bundan sonra da Türkiyə-ABŞ münasibətlərində yumşalma gözləmək olar”.

Bununla belə, politoloq vurğuladı ki, Türkiyə-ABŞ münasibətlərində əsas problem heç də keşiş Endryu Branson məsələsi deyil. \”Əsas problem PKK və FETÖ-dür. Suriyada PKK-nın silahlanması davam etdikcə Türkiyə-ABŞ münasibətlərində gərginlik davam edəcək. Üstəlik Fətullah Gülənin ekstradisiyası həll edilməyənə qədər bu iki derjava arasında problemlər davam edəcək. Amma düşünürəm ki, keşiş məsələsində bu razılaşma Türkiyə-ABŞ arasında buzların əriməsinin başlanğıcıdır. Bu yaxınlarda Türkiyənin Menbic də antiterror əməliyyatı gözlənilir. Bu baş versə və Suriya ateist-marksist terrorçularından tamamilə təmizlənsə, Amerika, güclü Türkiyə faktorunu qəbul edəcək. Neçə ki, İdlib məsələsində Putin Rusiyası, güclü Türkiyə faktorunu qəbul etməyə məcbur oldu\”. (musavat)

İnterpress.az