Azərbaycan nefti ucuzlaşırbackend

Azərbaycan nefti ucuzlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 81,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 11-də 78,65 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən \”Brent Dated\” etalon növlü neftin qiyməti isə oktyabrın 11-də 81,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,64 dollar/barel azdır.

İnterpress.az