Azərbaycan Olimpiadada daha bir medal qazandıbackend

Azərbaycan Olimpiadada daha bir medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ağırlıqqaldırma üzrə oğlanların yarışında 85 kq çəki dərəcəsində Tərmenxan Babayev körpücük üzərinə çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), altıqat rekordçu olan 16 yaşlı ağır atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə II yeri tutub. Tərmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də II yerə çıxıb.

Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tərmenxan Babayev gümüş medala layiq görülüb. İlk sıraya italiyalı, III pilləyə Səudiyyə Ərəbistanından olan idmançı sahib çıxıb.

İnterpress.az