Rusiya polisi 25 yaşlı azərbaycanlını güllələdi -TƏCİLİbackend

Rusiya polisi 25 yaşlı azərbaycanlını güllələdi -TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsi 25 yaşlı azərbaycanlı barəsində cinayət işinə başlayıb.

İnterpress.az xəbər verir ki, həmyerlimiz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Mənbəyə əsasən, oktyabrın 13-də polis əməkdaşları qaçırıçmış avtomobili saxlayıblar. Avtomobildən çıxan şübhəli şəxs sağ əlində bıçaq tutaraq, polis əməkdaşlarına hücum edib.

Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşı hücum edən şəxsi tabel silahından atəş açaraq sağ çiynindən yaralayıb.

Hazırda cinayətkarın mühafizə altında xəstəxanada olduğu bildirilir. Ona qarşı ittihamın irəli sürülməsi və qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

İnterpress.az