Rüfət Quliyev: “İlham Əliyevin 15 illik fəaliyyəti dövründə Azərbaycan regionun lider dövlətinə çevrilibbackend

Rüfət Quliyev: “İlham Əliyevin 15 illik fəaliyyəti dövründə Azərbaycan regionun lider dövlətinə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Azərbaycan Respubilkası prezidenti İlham Əliyevin prezidentlik dövrunun 15 iliyi münasibəti ilə İnterpress.az-a açıqlama verib.

Sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Prezident İlham Əliyev regionda cərəyan edən çox həssas və gərgin siyasi proseslərin fonunda balanslı, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürütməklə ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırdı”

Bu sözləri Millət vəkili Rüfət Quliyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti dövründə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirib. Məhz bu siyasət nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilib. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır”.

Millət vəkilinin sözlərinə görə, bütün bunlar hər bir Azərbaycan xalqını qürurlandırır və qarşısına əlavə vəzifələr qoyur: “Prezident İlham Əliyev 15 illik hakimiyyəti dövründə Azərbaycan iktisadiyyatına böyük diqqət və qayğı ilə yanaşıb. 15 il ərzində ölkə iqtisadiyyatının 3,5 dəfədən çox artaraq, 250 milyard dollardan çox sərmayə qoyulub. Bunların yarısı birbaşa xarici investisiyalardır, 95 milyard dollar neft-qaz sahəsinə sərmayə yatırılıb. Bu gün Azərbaycan iqtisadiyyatına görə regionun Lider dövlətidir.\”

İnterpress.az