Hollandiya məhkəməsində – Fizuli Məmmədovdan İlhan Aşkına dəstəkbackend

Hollandiya məhkəməsində – Fizuli Məmmədovdan İlhan Aşkına dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 17-də Hollandiyanın Zvollo şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İlham Aşkının işi üzrə məhkəmə prosesi olacaq. Yada salaq ki, Hollandiyanın Almelo şəhər məhkəməsi 2 erməninin şikayəti üzrə İlhan Aşkın haqqında \”əgər ermənilər işğal etdikləri torpaqları könüllü azad etməsə, Qarabağ erməniyə məzar olacaq\” ifadəsini işlətdiyinə görə 120 saatlıq ictimai işlərə cəlb etmə və 1 ay həbs cəzasına məhkum etmişdi. Qərarla razılaşmayan Aşkın qərardan yuxarı məhkəmə instansiyasına şikayət verib.

İş adamı Fizuli Məmmədov, eləcə də onun amerikalı dostu, bir müddət öncə vəfat etmiş senator Con Makkeynin müşaviri olmuş Cim Krouford İlhan Aşkına dəstək üçün Hollandiyaya gəliblər. Musavat.com bildirir ki, Fizuli Məmmədov ermənilər İlhan Aşkın haqqında məhkəmə iddiası qaldırdığı gündən bütün müdafiə xərclərini üzərinə götürüb. Sabahkı məhkəmədə də Aşkını Hollandiyanın ən təcrübəli vəkilləri müdafiə edəcək.

Bu gün İlhan Aşkının məhkəməsində iştirak etmək üçün Hollandiyaya gələn heyət Den Haq şəhərindəki Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Daha sonra heyət Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Ziyarətçilər arasında Qafqaz Beynəlxalq Hüquq İnstitutunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Səftər Rəhimli də var. Müzakirələr zamanı İlhan Aşkının erməni diasporu ilə məhkəmə çəkişməsində tam dəstəklənəcəyi və ədalət bərqərar oluna qədər hüquqi müstəvidə bərabər mübarizə aparılacağı xüsusi vurğulanıb.

www.diaspor.az