Lotu Quli məşhur həbsxanada saxlanılırbackend

Lotu Quli məşhur həbsxanada saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, “Lotu Quli” saxlanıldıqdan sonra öncə Köç idarəsinə aparılıb. “Qanuni oğru” daha sonra məşhur “Silivri” həbsxanasına köçürülüb. Hazırda o, həbsxanada saxlanılır və buradan da sənədlər tamamlandıqdan sonra vətəndaşı olduğu ölkəyə deport ediləcəkdir. Türkiyə qanunlarına görə, deport edilən şəxs 3 aydan beş ilə qədər bu ölkəyə qayıda bilməz.

Mənbəmiz təhlükəsizlik tədbirlərinə görə, Lotu Qulinin yerinin yenə dəyişdirilə biləcəyini qeyd edib.

Qeyd edək ki, “Silivri” həbsxanası Türkiyədə “Ergenekon”, “Balyoz” və digər böyük məhkəmə işlərinə görə, həbs edilmiş generalların və digər məşhur şəxslərin saxlanıldığı həbsxanadır.

www.interpress.az