Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilibbackend

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib.

\”Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib\”, – deyə o bildirib.

Müdafiə naziri qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

\”Biz Suriyada zəngin döyüş təcrübəsi topladıq və onu bölüşməyə hazırıq\”, – deyə nazir əlavə edib.

Şoyqu BMT-nin statistikasını sitat gətirərək bildirib ki, müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib.

Bundan əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü xəbər verilmişdi.

İnterpress.az