Dörd kikboksçumuz Avropa çempionatının finalındabackend

Dörd kikboksçumuz Avropa çempionatının finalında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.

Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayacaq.

Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.

Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur Alıyev və Aydın Ağabəyov hakim qismində təmsil edir.

İnterpress.az