Kadırov inquşlardan üzr istədibackend

Kadırov inquşlardan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kadırov onu çoban adlandıran ağsaqqal Muxajir Nalgiyevdən üzrhaqlıq eşitmək üçün Surxaxi kəndinə yollansa da, nəticədə özü üzr istəməli olub.

Ağsaqqal Nalgiyev üzrhaqlıq etdiyi üçün Kadırov da ondan üzr istəyib.

Görüş zamanı Kadırov bildirib ki, İnquşetiyanın bir hissəsinin Çeçenistana verilməsi ideyası ona yox, İnquş Respublikasının rəhbəri Yunusbəy Yevkurova məxsus olub. Buna cavab olaraq kəndin ağsaqqalı Kadırova torpaq məsələsində aktiv mövqedə duran inquşlara hədə-qorxu gəldiyi üçün irad tutub. Çeçenistan lideri isə bildirib ki, sözləri etiraz aksiyalarını təşkil edən 2-3 nəfərə ünvanlanıb. Söhbətin sonunda tərəflər bir-birindən üzr istəyiblər.

Qeyd edək ki, Kadırov Surxaxi kəndinə 60-70 avtomobildən ibarət kortejlə gedib. Onun qarşısına minədək silahlı inquş çıxıb.

İnterpress.az