Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdibackend

Azərbaycanlı biznesmen cinayətkarları yaxalamağa kömək etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,bu barədə Rusiya KİV-ə istinadla məlumat yayıb.

Cinayətkarlar Novokuznetskdə olan azərbaycanlı biznesmendən aylıq “haqq” tələb edib. O isə bunu ödəməkdən imtina edib.

Bu zaman cinayətkarlar iş adamına kafedə görüş təyin ediblər. Görüş zamanı biznesmen döyülüb, silahla təhdid edilərək, 10 min rublu (152 ABŞ dolları – red.) alınıb. Bir müddət sonra onlar yenidən biznesmenlə görüşərək, 20 min rubl (304 dollar) alıblar. Bundan sonra azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Dəstənin bütün üzvləri saxlanılıb. Azərbaycanlı biznesmen təhdidlər səbəbindən hazırda xüsusi mühafizə altında saxlanılır.

İnterpress.az